Son dəqiqə

ABŞ Amerika-İslam Əlaqələr Şurası (CAIR)

ABŞ-da müsəlmanlara qarşı təziq artıb-CAIR

Bakı, TurkicWorld

ABŞ-da yaşayan müsəlman və fələstinlilərə qarşı hücumlar və ayrı-seçkilik 2024-cü ilin birinci yarısında 70% artıb

TurkicWorld xəbər verir ki, bu barədə Amerika-İslam Əlaqələr Şurasının (CAIR) bəyanatında deyilir.

Məlumata görə, ABŞ-da müsəlmanlara və fələstinlilərə qarşı hücumların və ayrı-seçkilik hadisələrinin sayı yanvar-iyun aylarında təxminən 70% artıb.

CAIR, anti-müsəlman və anti-Fələstin hadisələri ilə bağlı 4 min 951 şikayət aldığını bildirib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə kəskin artım olduğunu göstərir. CAIR-ə 2023-cü il üzrə isə 8 min 61 şikayət daxil olub.

Qeyd edək ki, Amerika İslam Әlaqǝlǝr Şurası ABŞ-dakı müsəlmanları təmsil edən ən böyük qeyri-hökumət təşkilatı hesab olunur.

Mövzuya görə xəbərlər