Son dəqiqə

SpaceX Starlink

Starlink rabitə sistemi bərpa edilib

Bakı,TurkicWorld:

Starlink qlobal peyk rabitə şəbəkəsi böyük fasilədən sonra fəaliyyətini bərpa edib.

TurkicWorld xəbər verir ki, istifadəçilərin əksəriyyəti internetdə və saytda problem olduğunu şikayət etdikdən sonra, Starlink-in sosial media səhifəsi də kəsilməni təsdiqləyib.

Qeyd edək ki, hazırda kosmosda sistemin 5841 cihazı hərəkət edir. Ümumilikdə 2019-cu ildən indiyədək orbitə 6 mindən çox, bu il isə 700 peyk buraxılıb.

Mövzuya görə xəbərlər