Bakı, TurkicWorld:
UEFA Avropa Liqasının final oyununda İtaliyanın “Atalanta” və Almaniyanın “Bayer Leverkuzen” komandaları üz-üzə gələcək.
TurkicWorld xəbər verir ki, qarşılaşma İrlandiyanın paytaxtı Dublində baş tutacaq.
Oyunu rumıniyalı baş hakim İştvan Kovaç idarə edəcək.
Qeyd edək ki, Dublin Arena 2011-ci ildə UEFA Avropa Liqasının finalına ev sahibliyi edib və Porto Braqaya 1:0 hesabı ilə qalib gəlib.