Son dəqiqə

Mifologiya

Türk mifologiyasında Arçura nədir?

Bakı. TurkicWorld:

Arçura - türk mifologiyasında meşələrdə yaşayan pis, bədxah bir varlıqdır. Uzun saçlı, qara görünüşlü, bütün bədəni tüklərlə örtülüb. Dörd gözü var, ikisi öndə, ikisi arxada. Üç qolu və üç ayağı var. Saçları yerə dəyəcək qədər uzundur. Bu ruh insanı öldürmür, onun bədəninə zərər verir. Dişi və erkək növləri var. Bu varlığın rahatlığını pozmaq təhlükəlidir. Qurban istəyir.

Mifoloji inanclara görə, Arçura insanları qıdıqlayaraq öldürür. Qırmızı gözləri var. Gecələr at belində gəzməyi xoşlayır. At belində gəzməyi xoşlayan bu canlıya bəzən suyun kənarında rast gəlinir. İstədiyi formanı ala bilir. Bir göz qırpımında saqqallı kişi, yayın balığı, quş, keçi və s. ola bilər.

Arçura qəhqəhə çəkərək gülər və insanları bu yolla çağırar. Kim ki dönüb bu səsə baxsa, o insana zərər verər.

Türk mifologiyasında göstərilir ki, o, tutduğu adamların dişlərini çəkir. O, meşə ruhu adlanan şeytani varlıq hesab edilir. Ən çox xoşladığı şey, qəhqəhə kimi səsi ilə insanları ürpərtici gülüşlə çağırmaqdır.

Mifoloji inanclara görə, vaxtsız ölənlərin və ya təbii səbəblərdən ölməyənlərin ruhlarının ölümdən sonra Arçuriyə çevrildiyinə inanılır.

Mövzuya görə xəbərlər