Son dəqiqə

Pakistan Qırğızıstan

Pakistan XİN nümayəndə heyəti Bişkekə səfər edib

Bakı,TurkicWorld:

Qırğızıstan Respublikası Xarici İşlər Nazirinin müavini Almaz İmanqaziyev, bu gün Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyinin katibi Məhəmməd Səlimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

TurkicWorld xəbər verir ki, görüş zamanı Pakistan tərəfinə xarici vətəndaşların iştirakı ilə baş vermiş insidentlə bağlı ətraflı məlumat verilib.

Səlim Pakistan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsində göstərdiyi köməyə görə Qırğızıstana minnətdarlığını bildirib.

Tərəflər Pakistan vətəndaşlarının Qırğızıstanda qalmaları və bu ölkədəki universitetlərdə təhsil almaları məsələlərini müzakirə ediblər.

Bundan əlavə, mövcud miqrasiya məsələlərinin müzakirəsi üçün iki ölkənin xarici işlər nazirlikləri arasında konsulluq məsləhətləşmələrinin aparılmasına dair razılıq əldə olunub.

Mövzuya görə xəbərlər