Bakı, TurkicWorld
Qırğızıstan Xarici İşlər Nazirliyi vətəndaşlarına müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.
TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyasına səfər etmək üçün əsaslı səbəbləri olmayan Qırğızıstan vətəndaşlarına tətbiq edilmiş əlavə təhlükəsizlik tədbirləri və dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi ləğv edilənə qədər müvəqqəti olaraq səfərdən çəkinmək tövsiyə edilir", - deyə məlumatda bildirilib.