Bakı. TurkicWorld:
Türkmənistan Bişkek İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı Qırğızıstana 2 min ton mayeləşdirilmiş qaz göndərib.
TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yardım Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun adından, Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev və Nazirlər Kabineti sədrinin müavini - Türkmənistanın xarici işlər naziri Rəşid Meredov arasında aparılan danışıqlardan sonra həyata keçirilib.
Qeyd edək ki, 2 fevral 2024-cü il tarixində Bişkek İES-də partlayış baş verib. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 işçi tibb müəssisələrinə çatdırılıb, Bişkek şəhərində yaşayış evlərinə və müəssisələrə istilik verilməsi dayandırılıb.