Bakı. TurkicWorld:
Qırğızıstanın Bişkek şəhərində Fələstin səfirliyi açılacaq.
TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubaev Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə ikitərəfli görüşündən sonra bildirib.
Kulubayev bildirib ki, Qırğızıstan tərəfi bu prosesdə Fələstinə lazımi yardımı göstərməyə hazırdır və Fələstində öz səfirliklərindən birini akkreditasiya etməyi planlaşdırır.
Qeyd edək ki, Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki 27 avqust tarixində Qırğızıstana rəsmi səfər edib.
Ləman Əsədli
Twitter:lamanasadli01







