Son dəqiqə

Fələstin Qırğızıstan Riyad Əl-Maliki Jeenbek Kulubayev

Qırğızıstan və Fələstin XİN rəhbərlərinin görüşü keçirilib

Bakı. TurkicWorld:

Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev və Fələstinin xarici işlər naziri Riyad Əl-Malikinin Bişkekdə görüşü keçirilib.

TurkicWorld xəbər verir ki, görüş çərçivəsində tərəflər ölkələr arasındakı siyasi, sosial-iqtisadi, investisiya, mədəni və humanitar əlaqələrlə bağlı müzakirələr aparıb.

Riyad Əl-Maliki Fələstinin ikitərəfli əlaqələrin inkişafında və siyasi dialoqun davam etdirilməsində maraqlı olduğunu bildirib.

O, həmçinin səfərdən sonra Qırğızıstan və Fələstin arasında ikitərəfli münasibətlərin yeni səviyyəyə qalxacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki 27 avqust tarixində Qırğızıstana rəsmi səfər edib.

Ləman Əsədli

Twitter:lamanasadli01

Mövzuya görə xəbərlər