Avropa İnkişaf və Yenidənqurma Bankı Qazaxıstana yatırım edəcək

Avropa İnkişaf və Yenidənqurma Bankı Qazaxıstana yatırım edəcək

Bakı, TurkicWorld:

Avropa İnkişaf və Yenidənqurma Bankı yerli biznes və bərpa edilə bilən enerji resurslarının inkişafı üçün Qazaxıstana 150 milyon yatırım edəcək.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, yeni investisiya sayəsində ölkədə yüzlərlə şirkət və minlərlə təsərrüfat modern standartlara uyğunlaşacaq və iqlim dəyişikliyinə dayanıqlılığını artıracaq.

Məlumata əsasən, bank fiziki şəxslərə, özəl sektor şirkətlərinə, kiçik və orta sahibkarlara Qazaxıstan Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi Mexanizmi II (GEFF II) çərçivəsində kredit verəcək.

Məlumat üçün bildirək ki, Qazaxıstan Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi Mexanizmi II (GEFF II) ölkənin modern texnologiyalar vasitəsilə rəqabəti artırmaq və vətəndaşlara biznes sahəsində dəstək olmaq, yaşıl iqtisadiyyatı təşviq etmək, iqlim dəyişikliyinə mənfi təsirləri azaltmaq üçün yaradılan layihədir.