Tokayev Qazaxıstanda keçirilən parlament seçkilərində səs verib

Tokayev Qazaxıstanda keçirilən parlament seçkilərində səs verib

Bakı. TurkicWorld:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə keçirilən parlament seçkilərində səs verib.

TurkicWorld xəbər xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu gün Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilər başlayıb. Seçki məntəqələrində yerli vaxtla saat 7:00-da başlayan səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.

Saat 20:00-dan sonra səslərin hesablanması proseduruna başlanacaq.