Son dəqiqə

Qazaxıstan Kasım-Jomart Tokayev Astana Murat Nurtleu Qazaxıstan Xarici İşlər Nazirliyi

Yermek Koşerbayev Qazaxıstanın yeni XİN rəhbəri təyin olunub

BAKI, TurkicWorld, Fərid Mikayılov

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Yermek Koşerbayev ölkənin xarici işlər naziri vəzifəsinə təyin olunub.

TurkicWorld xəbər verir ki, Tokayevin digər qərarı ilə indiyədək bu postu tutan Murat Nurtleu vəzifəsindən azad edilərək Qazaxıstan Prezidentinin köməkçisi təyin edilib.

Yermek Koşerbayev diplomatik sahədə geniş təcrübəyə malikdir. O, Qazaxıstan Xarici İşlər Nazirliyinin strukturunda müxtəlif vəzifələrdə çalışıb, 2020-ci ildə ölkənin Rusiyadakı səfiri olub. 2023-cü ildə isə Qazaxıstanın Şərqi-Qazaxıstan vilayətinin hakimi təyin edilib.

Nazir vəzifəsinə təyin olunmazdan əvvəl Koşerbayev Qazaxıstanın Baş nazirinin müavini postunda çalışırdı.

Yeni təyinat Qazaxıstanın regional və beynəlxalq arenadakı diplomatik fəallığının güclənməsi kontekstində xüsusi diqqət çəkir.

Mövzuya görə xəbərlər