Son dəqiqə

Qazaxıstan Serbiya Kasım-Jomart Tokayev Aleksandr Vuçiç ikitərəfli əməkdaşlıq

Tokayev və Vuçiç arasında telefon danışığı olub

BAKI,TurkicWorld

Qazaxıtsan prezidenti Kasım-Jomart Tokayev ilə Serbiya Prezidenti Aleksandar Vuçiç arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, Söhbət zamanı dövlət başçıları ikitərəfli əməkdaşlığın dinamik inkişafını yüksək qiymətləndirib və Qazaxıstan-Serbiya münasibətlərinin daha da möhkəmləndirilməsinə qarşılıqlı maraq ifadə ediblər.

Tərəflər, Tokayevin 2024-cü ilin noyabrında Belqrada etdiyi rəsmi səfəri çərçivəsində əldə olunmuş razılaşmaların icra vəziyyətini müzakirə ediblər.

Dövlət başçıları ticarət-iqtisadi və investisiya əlaqələrinin aktivləşdirilməsinin əhəmiyyətini vurğulayıb, həmçinin sənaye, energetika, tikinti, kənd təsərrüfatı, rəqəmsallaşma, nəqliyyat və logistika sahələrində birgə təşəbbüslərin praktiki həyata keçirilməsinə diqqət çəkiblər.

Söhbətin sonunda Kasım-Jomart Tokayev Aleksandar Vuçiçi Qazaxıstana rəsmi səfərə dəvət edib.

Mövzuya görə xəbərlər