Son dəqiqə

Qazaxıstan Qəzza

Qazaxıstan ABŞ-ın Qəzzada atəşkəsin əldə olunması təşəbbüsünü dəstəkləyib

Bakı. TurkicWorld:

Qazaxıstan ABŞ-ın Yaxın Şərq nizamlanması planını dəstəkləyir.

TurkicWorld-un məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi xəbər verib.

"Biz Ağ Evin sülh təşəbbüsünü alqışlayırıq, onun əsas müddəalarına İsrail və "HƏMAS" arasında atəşkəs, girovların azad edilməsi, humanitar yardımın göstərilməsi, həmçinin beynəlxalq ictimaiyyətin dəstəyi ilə Qəzza zolağının sonradan bərpası daxildir", - deyə bildirilib.

Nazirlik ümid etdiyini bildirib ki, “təklif olunan tədbirlər həyata keçirilərsə, dinc əhali arasında qan tökülməsinin və itkilərin dayandırılmasına imkan yaradacaq, həmçinin regionda sülhün əldə olunması üçün ilkin şərtlər yaradacaq”.

Bəyanatda vurğulanıb ki, onilliklərlə davam edən münaqişənin yeganə həlli "iki xalq üçün iki dövlət" formuluna əsaslanaraq paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması Qazaxıstanın dəyişməmiş mövqeyidir.

Mövzuya görə xəbərlər