Son dəqiqə

Qazaxıstan Sinqapur

Sinqapur Qazaxıstanla strateji tərəfdaşlığı davam etdirməyə sadiqdir – Li Syan Lunq

Bakı,TurkicWorld:

Sinqapur Qazaxıstanla strateji tərəfdaşlığı davam etdirməyə sadiqdir.

TurkicWorld xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Sinqapurda bu ölkənin üçüncü baş naziri, baş nazir Li Syan Lunqla görüşüb.

Li Syan Lunq ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Sinqapur Qazaxıstanla strateji tərəfdaşlığı davam etdirməkdə qərarlıdır.

Qeyd edək ki, Kasım-Jomart Tokayev regional təhlükəsizlik, sabitlik və davamlı inkişaf mövzusunda 46-cı Sinqapur mühazirəsi ilə çıxış edib .

Mövzuya görə xəbərlər