Son dəqiqə

Qazaxıstan Qırğızıstan Akılbek Japarov

Akılbek Japarov Qazaxıstanın Baş naziri ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı, TurkicWorld:

Qırğız Respublikası Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov MDB ölkələrinin Hökumət Başçıları Şurasının Aşqabadda keçirilən növbəti iclasında iştirakı çərçivəsində Qazaxıstanın Baş nazir Oljas Bektenov ilə görüşüb.

TurkicWorld xəbər verir ki, A.Japarov qeyd edib ki, ilin əvvəlindən Qırğızıstan-Qazaxıstan münasibətlərində fəal qarşılıqlı irəliləyiş var.

“Aprelin 9-da Bişkekə işgüzar səfəriniz çərçivəsində biz ikitərəfli əməkdaşlığın bütün spektri üzrə ətraflı danışıqlar apardıq, aprelin 18-19-da isə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Qazaxıstan Respublikasına rəsmi səfəri , eləcə də Ali Dövlətlərarası Şuranın 6-cı iclası uğurla keçirildi”, - deyə o bildirib.

Qazaxıstanın Baş naziri Oljas Bektenov qeyd edib ki, münasibətlərin mühüm strateji komponenti ticarət-iqtisadi vektordur.

"Biz bu müsbət dinamikanı qoruyub saxlamalı və dövlət başçılarının qarşıya qoyduğu yeni məqsədə - ticarət dövriyyəsinin 3 milyard dollara çatdırılmasına nail olmaq üçün səyləri gücləndirməliyik", - o vurğulayıb.

İclasın sonunda Nazirlər Kabinetinin sədri Akılbek Japarov Baş nazir Oljas Bektenovu Dünya Bankının dəstəyi ilə 2024-cü il iyunun 10-11-də Vyanada keçiriləcək Beynəlxalq Enerji İnvestisiya Forumunda iştirak etməyə dəvət edib.

Mövzuya görə xəbərlər