Qazaxıstan Kasım-Jomart Tokayev Sinqapur

Qazaxıstan-Sinqapur ticarət həcmi 2 milyard dolları keçəcək - Tokayev

Bakı. TurkicWorld:

Qazaxıstan və Sinqapur arasında ticarət həcmi tezliklə 2 milyard dolları keçəcək.

TurkicWorld xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Sinqapur prezidenti Tharman Şanmuqaratnam ilə danışıqlar zamanı bildirib.

"Bu gün Qazaxıstanda 140-dan çox Sinqapur şirkəti və birgə müəssisəsi fəaliyyət göstərir, eyni zamanda Sinqapurun Qazaxıstan iqtisadiyyatına qoyduğu investisiyaların ümumi həcmi 1,7 milyard dolları ötüb. Pandemiyanın yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, qarşılıqlı ticarətin həcmi tezliklə 2 milyard dolları keçəcək", - deyə Tokayev qeyd edib.

Görüş zamanı iki ölkə liderləri ticarət-iqtisadi, investisiya, mədəni-humanitar sahələrdə əlaqələrin genişləndirilməsi perspektivlərini ətraflı müzakirə ediblər.

Tokayev Qazaxıstanın enerji, mühüm xammalın emalı, infrastrukturun inkişafı, rəqəmsal iqtisadiyyat, fintech, kənd təsərrüfatı texnologiyaları, logistika və kommunikasiya kimi əsas sektorlarda Sinqapur ilə tərəfdaşlığını genişləndirməkdə maraqlı olduğunu bildirib.

Tərəflər təhsil və insan kapitalının inkişafı sahələrində əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər