Bakı,TurkicWorld
Qazaxıstan və Çinin bir çox məsələlərdə oxşar mövqeləri var
TurkicWorld xəbər verir ki, Qazaxıstan və Çinin xarici işlər nazirləri Murat Nurtleu və Vanq Yi bu gün Astanada bir sıra ikitərəfli sazişlər imzalayıblar.
“Qazaxıstan və Çin arasında mehriban qonşuluğun möhkəmləndirilməsi ölkənin əsas prioritetidir”,- deyə Nurtleu bildirib.
Qeyd edək ki, Qazaxıstan və Çin arasında əmtəə dövriyyəsi 30% artaraq 2023-cü ildə rekord həddə – 41 milyard ABŞ dollarına çatıb.