Son dəqiqə

Qazaxıstan Everest Anar Buraşeva Maksut Jumayev

İlk qazaxıstanlı qadın Everesti fəth edib

Bakı. TurkicWorld:

Qazaxıstan Silahlı Qüvvələrinin Dağ Təlim Mərkəzinin mayoru Maksut Jumayev və alpinist Anar Buraşevanın daxil olduğu Qazaxıstan Everest Komandası Everest zirvəsini (8848 metr) fəth edib.

TurkicWorld xəbər verir ki, komanda mayın 12-də Nepal vaxtı ilə saat 07:25-də zirvəyə çatıb.

"8 min metrdən çox hündürlükdə qar fırtınası kimi ekstremal hava şəraiti səbəbindən ekspedisiyaların əksəriyyəti geri çəkildi. Yalnız beş ölkənin alpinistləri Everestə çata biliblər. Onların arasında Yer kürəsinin ən yüksək zirvəsinə qalxan ilk qazax qadını Anar Buraşeva və Everesti üçüncü dəfə fəth edən Maksut Jumayev də var", - deyə komandanın mətbuat xidmətindən bildirilib.

Komanda Everestdə Qazaxıstanın Dövlət bayrağını qaldırıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər