Son dəqiqə

Qazaxıstan Serbiya Kasım-Jomart Tokayev Aleksandr Vuçiç

Tokayev və Vuçiç arasında telefon danışığı olub

Bakı,TurkicWorld

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Serbiya Prezidenti Aleksandr Vuçiç arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki,Telefon danışığı zamanı Kasım-Jomart Tokayev və Aleksandr Vuçiç ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi, o cümlədən əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi və Qazaxıstan Prezidentinin ilin ikinci yarısında Belqrada səfərinin təşkili məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin regional və beynəlxalq gündəliyin bir sıra aktual mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

Mövzuya görə xəbərlər