Qazaxıstan və Niderland iqtisadi əlaqələri genişləndirir

Qazaxıstan və Niderland iqtisadi əlaqələri genişləndirir

Bakı. TurkicWorld:

Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu ilə Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slot arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, danışıqlar zamanı tərəflər ikitərəfli siyasi, ticari-iqtisadi əlaqələrin gücləndirilməsi, o cümlədən çoxtərəfli institutlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Məlumata əsasən, Şengen zonası çərçivəsində Qazaxıstan Respublikası vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi məsələləri ayrıca müzakirə olunub.

Tərəflər həmçinin beynəlxalq gündəlikdəki bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb və müntəzəm dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

X: Lamanasadli01