Qazaxıstan və Yaponiya birbaşa uçuşları bərpa edir

Qazaxıstan və Yaponiya birbaşa uçuşları bərpa edir

Bakı.TurkicWorld:

Qazaxıstan və Yaponiya birbaşa uçuşları bərpa edir.

TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Qazaxıstan Mülki Aviasiya Komitəsinin sədri Saltanat Tompiyeva və Yaponiyanın Qazaxıstandakı səfiri Jun Yamada arasında görüş zamanı əldə edilib.

"Qazaxıstan aviaşirkətləri 2025-ci ilin birinci yarısında iki ölkə arasında birbaşa uçuşların açılmasını planlaşdırır", - deyə Tompiyeva görüş zamanı vurğulayıb.

Bundan əlavə, görüş zamanı tərəflər iqtisadi, biznes və mədəni əməkdaşlığı genişləndirmək üçün ölkələr arasında hava əlaqəsinin bərpasına davam etmək barədə razılığa gəliblər.

X: Lamanasadli01