Son dəqiqə

Türkiyə Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya

Türkiyədə dörd terrorçu zərərsizləşdirib

Bakı,TurkicWorld

Türkiyənin Siirt rayonunun Pervari ilçəsində həyata keçirilən “GÜRZ-2” əməliyyatında ikisi narıncı, ikisi boz kateqoriyalı dörd terrorçunun zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

Siirt, Şırnak və Van İl Jandarma Komandanlıqlarının apardığı kəşfiyyat araşdırmaları nəticəsində Pervari çölündə “GÜRZ-2” əməliyyatı keçirilib.

Terrorçuların altı mühafizəçi və beş mülki vətəndaşın şəhid olduğu, altı mühafizəçi və 11 mülki vətəndaşın yaralandığı ümumilikdə doqquz aksiyada iştirak etdiyi müəyyən edilib.

“Biz qətiyyətliyik. Bu xainləri müqəddəs vətənimizdən siləcəyik. Terrorçuların nəfəsini bir-bir kəsməyə davam edirik”,- deyə Yerlikaya bildirib.

Mövzuya görə xəbərlər