Son dəqiqə

Selçuk Bayraktar Bayraktar

Bayraktar KALKAN DİHA 40-cı uçuş sınağını uğurla başa vurub

Bakı,TurkicWorld

Bayraktar KALKAN DİHA Pilotsuz Uçuş Aparatı (PUA) 40-cı uçuşunda sistemin identifikasiya testini uğurla başa vurub.

TurkicWorld xəbər verir ki, bu barədə “Baykar”ın İdarə Heyətinin sədri Selçuk Bayraktar X sosial media hesabında paylaşım edib.

Baykar tərəfindən bənzərsiz olaraq inkişaf etdirilən Bayraktar KALKAN DİHA, sürətini azaltmadan sınaqlarına davam edir.

Selçuk Bayraktar həmçinin sosial media hesabında uçuş sınağı etdiyi anların videosunu da paylaşıb.

Qeyd edək ki, aprel ayında o, VTOL Uçuş Testinin bir hissəsi olaraq 14,500 fut yüksəkliyə qalxdı və 70 saatlıq uğurlu uçuş müddətini geridə qoydu.

Sınaqlarını uğurla davam etdirən KALKAN DİHA, Taktik PUA sinifində bir təyyarə olaraq fəaliyyətini davam etdirir.

Mövzuya görə xəbərlər