Son dəqiqə

Ermənistan Qazaxıstan UEFA Avropa Liqası

Qazaxıstanın futbol üzrə Qadınlar Milli komandası Ermənistan komandasını məğlub edib

Bakı. TurkicWorld:

Qazaxıstanın futbol üzrə Qadınlar Milli komandası, UEFA Avropa Liqası üzrə Ermənistanın eyniadlı komandasını məğlub edib.

TurkicWorld-un məlumatına görə, Qazaxıstan Milli komandasının kapitanı Yuliya Myasnikova 40-cı dəqiqədə Qazaxıstanı tabloya çıxarıb. Aida Qaystenova 48-ci dəqiqədə Qazaxıstanı 2:0 önə keçirib.

Kamilə Kulmaqambetova matçın 71-ci dəqiqəsində Qazaxıstanın qələbəsini rəsmiləşdirib.

Altı oyundan sonra Qazaxıstan komandası səkkiz xal toplayıb və C4 qrupunda İsrail və Estoniyadan sonra üçüncü pillədə qərarlaşıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər