Bakı. TurkicWorld:
Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev Almaniyaya işgüzar səfər edib.
TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Qazaxıstan prezidentinin 29 sentyabr tarixində Berlində keçiriləcək Mərkəzi Asiya-Almaniya Sammitində iştirak edəcəyi gözlənilir.
Bundan əlavə, Tokayevin Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə də danışıqlar aparacağı, Berlin Qlobal Dialoq beynəlxalq forumunda çıxış edəcəyi, həmçinin, alman işgüzar dairələri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.
Ləman Əsədli
Twitter: Lamanasadli01