Bakı. TurkicWorld:
Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev 28-29 sentyabr tarixlərində Almaniyaya rəsmi səfər edəcək.
TurkicWorld xəbər verir ki, Tokayevin Berlində Almaniya Kansleri Olaf Şolts və prezident Frank-Valter Ştaynmayerlə danışıqlar aparacağı gözlənilir.
Məlumata əsasən, Orta Asiya dövlətləri və Almaniya liderlərinin görüşündə Kasım-Jomart Tokayevin də iştirak etməsi gözlənilir.
Bundan əlavə, Tokayev Berlin Qlobal Dialoq Forumunda çıxış edəcək və Almaniyanın işgüzar dairələri ilə bir sıra görüşlər keçirəcək.
Ləman Əsədli
Twitter: Lamanasadli01