Qazaxıstan Aİ ilə ticarəti genişləndirir

Qazaxıstan Aİ ilə ticarəti genişləndirir

Bakı TurkicWorld

Qazaxıstan Avropa İttifaqı (Aİ) ilə investisiya tərəfdaşlığını dərinləşdirmək və ticarəti şaxələndirmək niyyətindədir.

TurkicWorld xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Əlixan Smailov Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçlə görüşündə deyib.

Baş nazirin sözlərinə görə, Qazaxıstan Aİ ilə investisiya tərəfdaşlığının daha da dərinləşdirilməsində və qarşılıqlı ticarətin şaxələndirilməsində maraqlıdır.

"Eyni zamanda, kritik xammal sahəsində qarşılıqlı fəaliyyət son illərdə getdikcə daha çox əhəmiyyət kəsb edir",- deyə Ə.Smailov bildirib.

Mehriban Xəlilli

@MXalilbekova