Ağdamda detonator partlayışı hadisəsi baş verib - ANAMA əməkdaşı yaralanıb

Ağdamda detonator partlayışı hadisəsi baş verib - ANAMA əməkdaşı yaralanıb

Bakı. TurkicWorld:

Detonator partlayışı nəticəsində xəsarət alan ANAMA əməkdaşının vəziyyəti stabildir.

Bu barədə TurkicWorld-in Qarabağ bürosuna Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, sağ baldırın yuxarı 3/1 ön səthinin kiçik ölçülü qəlpə yaraları, sağ əlin iç səthinin kəsilmiş yarası ilə xəstəxanaya gətirilən Anar Piriyevə ilkin tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabildir. Müalicəsi davam etdirilir.

xxx

10:36

Ağdamda detonator partlayışı hadisəsi baş verib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, 2024-cü il 6 aprel tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayışı hadisəsi baş verib.

Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur.