Son dəqiqə

ANAMA minatəmizləmə

Azad edilmiş ərazilərdə daha 147 mina təmizlənib

Bakı , TurkicWorld

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (08.07.2024 - 14.07.2024) açıqlanıb.

ANAMA-dan TurkicWorld -ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 79 piyada əleyhinə mina, 68 tank əleyhinə mina, 397 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1284,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Mövzuya görə xəbərlər