Ağdam, TurkicWorld
Şəhid Məhəmməd Mirzəyevin nəşinin qalıqları dəfn olunması üçün Ağdama gətirilib.
TurkicWorld -in yerli müxbirinin xəbərinə görə, 1992-ci ilin fevral ayının 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşən və 32 il sonra meyitinin qalıqları tapılan Birinci Qarabağ müharibəsi şəhidi, Ağdam rayon Güllücə kənd sakini, 1967-ci il təvəllüdlü Məhəmməd Hüseyn oğlu Mirzəyevlə vida mərasimi keçirilir.
Vida mərasiminə onun ailəsinin müvəqqəti məskunlaşdığı rayonun Dörd yol - 2 qəsəbəsindəki evdən başlanıb. Rəsmi vida mərasimi isə rayonun Quzanlı qəsəbəsi Dövlət Dram Teatrının binasında keçiriləcək.