Son dəqiqə

Azərbaycan Ağdam Qarabağ Mingəçevir mina mina terroru

Ağdamda minaya düşən traktorçu Mingəçevirə Hospitala göndərilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Ağdamda minaya düşən traktorçu Mingəçevirdə yerləşən Hospitala göndərilib.

TurkicWorld-un xəbərinə görə, ötən gün rayonun Çəmənli kəndi ərazisində sahədə işləyən traktorçu Məmmədov Məlik Qədir oğlu ağdamda ilkin müayinə və müalicə edildikdən sonra Mingəçevir şəhərində yerləşən Hospitala göndərilib.

Qeyd edək ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində 2025-ci il 17 dekabr tarixində saat 22:00 radələrində mina hadisəsi baş verib. Kənd sakini Məmmədov Məlik Qədir oğlu sahədə traktorla soğan səpərkən minaya düşməsi nəticəsində xəsarət alıb.

Faktla bağlı araşdırma başlanılıb.

Mövzuya görə xəbərlər