Son dəqiqə

ANAMA Cəbrayıl rayonu partlayış

Cəbrayılda sursat partlayıb: ANAMA əməkdaşı həyatını itirib

Bakı. TurkicWorld:

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində sursat partlayışı hadisəsi baş verib

TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 2024-cü il 21 iyun tarixində sursat partlayışı hadisəsi baş verib.

Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Mövzuya görə xəbərlər