BAKI,TurkicWorld
Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr ilə bu gün keçirilən görüş zamanı ona ABŞ Prezidenti Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini göstərib.
TurkicWorld xəbər verir ki, bu, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qüvvəsinin dayandırılmasının uzadılması haqqında memorandumdur.
ABŞ Prezidenti tərəfindən imzalanmış həmin xatirə nüsxəsində Azərbaycan dövlət başçısına öz xətti ilə yazılaraq ünvanlanmış səmimi müraciət yer alıb.





