Son dəqiqə

ANAMA mina

Azad olunan ərazilərdə ötən həftə zərərsizləşdirilən mina sayı açıqlanıb

Bakı, TurkicWorld

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (01.07.2024 -07.07.2024) açıqlanıb.

ANAMA-dan TurkicWorld-ə bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 28 piyada əleyhinə mina, 107 tank əleyhinə mina, 830 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 039,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Mövzuya görə xəbərlər