Son dəqiqə

AFAD Şanlıurfa

Şanlıurfada iki mərtəbəli evin çökməsi nəticəsində iki nəfər ölüb

Bakı. TurkicWorld:

Şanlıurfada iki mərtəbəli evin çökməsi nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

TurkicWorld-un məlumatına görə, hadisə ilə əlaqədar bölgəyə çox sayda AFAD - xilasetmə, sağlamlıq və jandarma qrupları sövq edilib. Hadisə yerinə gedən qruplar ilkin tibbi yardım zamanı doqquz nəfəri sağ çıxarıblar.

Xəstəxanaya çatdırılan yaralılar arasında ev sahibi dünyasını dəyişib.

Qeyd olunub ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələdə ev orta dərəcədə dağılıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər