İzmirdə balıqçı qayığının batması ilə üç nəfər ölüb

İzmirdə balıqçı qayığının batması ilə üç nəfər ölüb

Bakı. TurkicWorld:

İzmirdə balıqçı qayığının batması ilə qayıqda olan 10 nəfərdən üçü həyatını itirib, beş nəfər isə yaralanıb.

TurkicWorld-un məlumatına görə, itkin düşən iki nəfərin axtarışları davam edir. Qayığın hansı səbəblə batması məlum deyil.

Xəstəxanaya sövq edilən yaralıların həyati təhlükəsinin olmadığı öyrənilib.

Vəziyyətlə bağlı İzmir Sahil Təhlükəsizlik Komandanlığı qrupları üç qayıq və bir helikopterlə bölgədə axtarış-xilasetmə işləri aparır.

Aytac Süleymanova

Twitter: a_alieva_