Son dəqiqə

Türkiyə İzmir

Türkiyədə meşə sahəsində yanğın baş verib

Bakı, TurkicWorld

Türkiyənin Çanaqqala vilayətinin Eceabat rayonunda meşə sahəsində baş verən yanğın nəzarətə götürülüb.

TurkicWorld xəbər verir ki,x əbərdarlığın ardından Çanaqqala Meşə Regional Müdirliyi və Anafartalar Meşə Əməliyyat Müdirliyi qrupları, eləcə də quru və hava vasitələri bölgəyə göndərilib.

3 təyyarə, 3 helikopter, 10 suçu və çoxlu meşə işçisindən ibarət qrupların nəzarətə götürdüyü yanğında 1 hektar əkinçilik sahəsi və 1 hektar meşə sahəsi yanıb.

Məlumat üçün qeyd edək ki, bölgədə soyutma işləri davam edir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər