Son dəqiqə

Türkiyə İzmir

İzmirdə keçirilən FETÖ əməliyyatında doqquz nəfər saxlanılıb

Bakı,TurkicWorld

İzmir Respublika Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən həyata keçirilən FETÖ araşdırmaları çərçivəsində 13 nəfər haqqında həbs qərarı çıxarılıb, doqquz nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı rəqəmsal materiallar və sənədlər ələ keçirilib.

Polis şübhəlilərdən doqquzunu yaxalayıb, dörd nəfər qaçmağı bacarıb.

Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.

Mövzuya görə xəbərlər