Son dəqiqə

Türkiyə İzmir qeyri-qanuni miqrant

İzmir sahillərində 196 qanunsuz miqrant saxlanılıb

Bakı, TurkicWorld

Türkiyənin İzmir şəhərinin Urla, Seferihisar, Dikili və Foça rayonları sahillərində 196 qanunsuz miqrant saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd olunub ki, Urla, Seferihisar və Dikili sahillərində rezin qayıqlarda qeyri-qanuni mühacirlərin olduğu barədə məlumatın ardınca bölgəyə qrup göndərilib.

Keçirilən əməliyyat nəticəsində 196 qanunsuz miqrant saxlanılıb, 64 qanunsuz miqrant xilas edilib.

Mövzuya görə xəbərlər