Son dəqiqə

Sudanın Suveren Şurasının sədri Türkiyəyə işgüzar səfər edəcək Abdel Fəttah əl-Burhan Türkiyəyə səfərə gəlir Türkiyə–Sudan münasibətləri Ankarada müzakirə olunacaq Sudandakı humanitar vəziyyət Türkiyədə gündəmə çıxarılacaq Sudan rəhbərliyinin Türkiyəyə səfəri gözlənilir

Sudanın Suveren Şurasının sədri Türkiyəyə səfər edəcək

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Sudanın Suveren Şurasının sədri Abdel Fəttah əl-Burhan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə dekabrın 25-də Türkiyəyə işgüzar səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duran sosial şəbəkə hesablarında paylaşım edib.

Məlumata əsasən, səfər çərçivəsində keçiriləcək danışıqlarda Türkiyə ilə Sudan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti, Sudandakı son hadisələr və ölkədəki humanitar vəziyyət müzakirə olunacaq.

Tərəflərin həmçinin regional sabitliyin təmin edilməsi yolları ilə bağlı fikir mübadiləsi aparacağı bildirilir.