Son dəqiqə

İzmir meşə yanğınları

İzmirdə meşə yanğını baş verib

Bakı,TurkicWorld

Türkiyənin İzmir şəhərinin Bornova ilçəsində meşə yanğını baş verib.

TurkicWorld xəbər verir ki, xəbərdarlıq üzərinə İzmir Meşə Region Müdirliyinə bağlı altı təyyarə, üç helikopter, 20 su tankeri, altı su təchizatı maşını və dörd buldozer bölgəyə göndərilib.

Yanğının saat 13.37-də başladığı və qrupların saat 13.43-də müdaxiləyə başladığı bildirilib.

Baş verən yanğına havadan və qurudan müdaxilələr davam edir.

Mövzuya görə xəbərlər