Son dəqiqə

Türkiyə meşə yanğınları

Türkiyədə meşə yanğınlarını söndürməyə orduya məxsus helikopterlər cəlb edilib

Bakı, TurkicWorld

Türkiyənin Muğla vilayətində meşə yanğını hələ də davam etməkdədir.

TurkicWorld Türkiyə KİV-ə istinadən xəbər verir ki, Muğlanın Dalaman və Menteşe rayonlarında baş verən meşə yanğınlarına havadan və qurudan müdaxilə davam edir.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinə aid 5 helikopter yanğının söndürülməsi işlərinə cəlb edilib.

Qeyd edək ki, Muğlanın Dalaman rayonunun Taşbaşı məhəlləsində bir neçə gün öncə axşam saatlarında meşə yanğını başlayıb.

Mövzuya görə xəbərlər