Son dəqiqə

Portuqaliya meşə yanğınları

Portuqaliyada milli matəm elan edilib

Bakı,TurkicWorld

Sentyabrın 14-dən bəri davam edən və yeddi nəfərin ölümünə səbəb olan meşə yanğınları ilə əlaqədar Portuqaliyada milli matəm elan edilib.

TurkicWorld xəbər verir ki, ölkə tarixinin ən böyük meşə yanğınlarından birini yaşayan Portuqaliyada indiyə qədər yanan ərazinin paytaxt Lissabonun 10 qatı böyüklüyünə bərabər olduğu bildirilir.

Xüsusilə ölkənin şimal bölgəsini əhatə edən və 120 min hektardan çox meşə sahəsini məhv edən yanğınlar həm müdaxilələr, həm də yağışların başlaması ilə nəzarət altına alınıb.

Ölkədə matəmlə əlaqədar bayraqlar yarıya qədər endirilib.

Yeddi nəfərin həyatını itirdiyi, 160-a yaxın insanın yaralandığı yanğınlarla bağlı aparılan araşdırmalarda indiyədək beş nəfər saxlanılıb.

Mövzuya görə xəbərlər