Son dəqiqə

NATO Böyük Britaniya Rusiya Ukrayna Moskva Portuqaliya Kiyev Rusiya Ukrayna müharibəsi

Portuqaliya öz hərbçilərini Ukraynaya göndərməyə hazırdır

BAKI,TurkicWorld

Portuqaliya münaqişənin sülh yolu ilə həlli çərçivəsində öz hərbçilərini Ukraynaya göndərməyə hazırdır.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Portuqaliya kəşfiyyatının sabiq analitiki, vəkil Aleşandri Gereyru bildirib.

"Portuqaliya şübhəsiz ki, belə bir müraciət daxil olarsa, buna hazırdır", – deyə o vurğulayıb.

Keçmiş analitik xatırladıb ki, Portuqaliya Silahlı Qüvvələrinin bir hissəsi artıq Şimali Atlantika Alyansının (NATO) şərq cinahında yerləşdirilib.

Qeyd edək ki, oktyabrın 28-də xarici KİV-lər Böyük Britaniya hökumətinin öz qoşunlarını Ukraynaya göndərmək niyyətində olduğunu xəbər vermişdi.

Mövzuya görə xəbərlər