Bakı, TurkicWorld
İzmir sahillərində 44 qeyri-qanuni mühacir xilas edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı rəsmi internet saytında paylaşım edib.
Açıqlamaya görə, Çeşmə sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni miqrantın olduğu müəyyən edilib.
Bölgəyə təyin olunmuş qruplar Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 44 qeyri-qanuni miqrantı xilas edib.
Miqrantlar Vilayət İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.
Hafiz Rufizoğlu