STAR zavodu xam neft idxalını azaldıb

STAR zavodu xam neft idxalını azaldıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2021-ci ilin martında 794 477 ton xam neft idxal olunub. 2020-ci ilin eyni dövründə zavod 848 148 ton neft idxal etmişdi.

Trend bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, STAR martda 67 160 ton xam neft ixrac edib. 2020-ci ilin martında bu rəqəm 255 150 ton təşkil etmişdi.

Mart ayında zavod 417 417 ton dizel yanacağı, 10 840 ton aviakerosin, 14 431 ton mayeləşdirilmiş neft qazı, 113 560 ton nafta, 64 766 ton neft koksu, 78 779 ton keçid məhsulu, 78 273 ton ağır vakuum qazoylu, 22 372 qaz və 79 277 ton digər məhsul istehsal edib.

(Tərcümə: Orxan Nəbiyev)