STAR NEZ-ə tədarüklərin həcmi artıb

STAR NEZ-ə tədarüklərin həcmi artıb

Bakı. TurkicWorld:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna (NEZ) 2023-cü ilin avqust ayında 2022-ci ilin analoji dövründəki 917 min 953 tonla müqayisədə 918 min 225 ton neft tədarük olunub.

TurkicWorld bu barədə Türkiyə Enerji Bazarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir.

EPDK-nin hesabatına əsasən, NEZ qeyd olunan dövrdə təqribən 512 min 251 ton dizel yanacağı, 8 116 ton biodizel tərkibli dizel yanacağı, 163 min 991 ton aviasiya yanacağı, 4 924 ton aralıq məhsullar, 129 764 ton sairə məhsullar, 16 min 394 ton maye karbohirogen qazı, 143 min 610 ton nafta, 75 min 670 ton neft koksu, 41 76 ton qaz və 27 733 ton yüksək kükürd tərkibli dizel yanacağı istehsal edib.

Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard olan STAR neft emalı zavodu 2018-ci ilin oktyabrında istismara verilib. Layihənin dəyərinin təqribən 3,3 milyard dolları kreditlərin hesabına qarşılanıb. STAR zavodunun investisiyalarının ümumi həcminin yeddi milyard dollar təşkil edəcəyi gözlənilir.

STAR neft emalı zavodunun illik emal gücü təqribən 10 milyon ton təşkil edir. Zavod gündəlik 214 min barel xam neft emal etmək qabiliyyətinə malikdir.