Son dəqiqə

Azərbaycan Türkiyə EPDK qaz tədarükü

Azərbaycan ötən il Türkiyəyə ən çox qaz tədarük edən 3 ölkədən biri olub

Bakı. TurkicWorld :

2023-cü ildə Azərbaycan Türkiyəyə 10,257 mlrd. kubmetr qaz satmaqla ölkəyə ən çox qaz tədarük edən 3 ölkədən biri olub. Belə ki, bu həcm Türkiyənin qeyd olunan dövrdə tədarük etdiyi ümumi qazın 20,32 faizini təşkil edib.

TurkicWorld bu barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2023-cü ildə Azərbaycanın Türkiyəyə tədarük etdiyi qazın həcmi 2022-ci ilin göstəricisindən 17,8 faiz çox olub.

Ötən il Türkiyəyə ən çox qaz tədarük edən ölkə 42,27 faizlə Rusiya olub. 2024-cü ildə Türkiyənin idxal etdiyi qazın 11,86 faizi isə Əlcəzairin payına düşüb.

Mövzuya görə xəbərlər