Son dəqiqə

Azərbaycan Rusiya

Rusiyadan Azərbaycana idxal olunmuş xam neftin həcmi açıqlandı

Bakı.TurkicWorld:

Bu ilin yanvar-fevral aylarında Rusiyadan Azərbaycana 16,990 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunan 42,287 min ton xam neft və neft məhsulları idxal edilib.

Bu barədə TurkicWorld Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Qurumun məlumatına görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə göstərici dəyər ifadəsində 99,693 milyon ABŞ dolları və ya 6,9 dəfə, həcm baxımından isə 187,175 min ton və ya 5,4 dəfə azdır.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycan bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsullarını yalnız bir ölkədən — Rusiyadan idxal edib.

Əlavə edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan dünyanın 21 ölkəsinə 3,600 milyon ton bitumlu süxurlardan əldə olunaxam neft vən neft məhsulları ixrac edib. İxracın dəyəri 1,704 milyard ABŞ dolları olub. 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ixracın dəyəri 969 milyon ABŞ dolları və ya 36,2%, həcmi isə 1,178 milyon ton və ya 24,7% azalıb.

Mövzuya görə xəbərlər